Azərbaycanlı fəallar İranın Londondakı səfirliyi qarşısında aksiya keçirəcək

Azərbaycanlı fəallar İranın Londondakı səfirliyi qarşısında aksiya keçirəcək
# 22 noyabr 2011 17:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dekabrın 11-də Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Azərbaycan Milli Hökumətinin süquta uğradılmasının 65-ci ildönümü ilə əlaqədar İranın Böyük Britaniyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək. APA-nın məlumatına görə, piketdə Azərbaycan Milli Hökumətinin necə yaranması və süquta uğradılması barədə yerli ictimaiyyətə məlumat veriləcək. Eyni zamanda aksiyada İran hakimiyyətinin azərbaycanlılara qarşı yürütdüyü siyasətə etiraz bildiriləcək, Urmiya gölünün qurumasının qarşısının alınması üçün lazımi addımlar atılması istəniləcək və həbsxanalarda olan fəalların azadlığa buraxılması tələb olunacaq. Piket Böyük Britaniyada siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəallar, həmçinin Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) İngiltərə təmsilçiliyi tərəfindən yerli vaxtla saat 13:00-dan 16:00-a kimi keçiriləcək. Aksiyaya Londonda yaşayan digər qeyri-fars millətlərinin təmsilçiləri də dəstək verəcəklər.
Qeyd edək ki, 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında İranda Azərbaycan Milli Hökuməti yaradılıb. Bir il sonra, yəni 1945-ci il dekabrın 12-də İran şahı Məhəmmədrza Pəhləvinin rəhbərliyi altında Təbrizə qoşun yeridilərək Azərbaycan Milli Hökuməti devrilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR