Mixail Saakaşvili: “Avropa Birliyi Gürcüstan üçün reallığa çevrilir”

Mixail Saakaşvili: “Avropa Birliyi Gürcüstan üçün reallığa çevrilir”
# 22 noyabr 2011 22:07 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Avropa və Gürcüstan arasında azad və geniş ticarət haqqında danışıqlar dekabrda başlayacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Kutaisidə yeni açılan Hökumət Evində keçirilən iclasda bildirib. Prezidentin sözlərinə görə, AB ilə danışıqların başlamasından iki il sonra Gürcüstan öz məhsullarını Avropa bazarına çıxara bilər.
"Bu mühüm və Gürcüstan iqtisadiyyatı üçün çox vacibdir,"- prezident qeyd edib.
Gürcüstan prezidenti vizasız rejimə də münasibət bildirib. Onun sözlərinə görə, mart və aprel aylarında Gürcüstan AB ilə vizasız rejimə aid danışıqlara başlayacaq.
"Vizasız rejimə görə, hər bir Gürcüstan vətəndaşı Avropada vizasız hərəkət edə bilər. Bu yaxın illərin işidir. Hökumət Evinin açılışı zamanı dalğalanan Avropa İttifaqı bayrağı bizim keçdiyimiz reallıqdır. Köləliyə alışan bir çox siyasətçilər bizim gələcəyimizi Moskva ilə əməkdaşlıqda görürlər. Moskva dünən o etiraf edib ki, bizimlə müharibəni ona görə başlayıb ki, şimal sərhədlərində NATO-nun genişlənməsinə imkan verməsin,"- Mixail Saakaşvili bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR