Gürcüstan erməniləri xüsusi status istəyir

Gürcüstan erməniləri xüsusi status istəyir
# 24 noyabr 2011 14:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Gürcüstanın Axalkələk bölgəsində yaşayan ermənilər Ermənistan prezidenti Serj Sarkisyana Gürcüstana səfəri öncəsi separatçı ruhlu müraciət ünvanlayıblar. APA-nın Ermənistanın “Azq” qəzetinə istinadən verdiyi məlumata görə, müraciətdə deyilir ki, bölgədə gərgin vəziyyət davam etməkdədir: “Sosial-iqtisadi və siyasi şərait bilərəkdən dözülməz hala gətirilir, bölgənin etnik tərkibində planlı dəyişiklik siyasəti həyata keçirilir”.
Müraciət müəllifləri bildiriblər ki, Gürcüstan rəhbərliyinin apardığı siyasətə Ermənistanın rəhbər dairələri həssas reaksiya vermir, beynəlxalq ictimaiyyət isə Gürcüstanı milli azlıqlarla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə görə ara-sıra yüngülcə tənqid edir.
Təşkilat Gürcüstanda yaşayan ermənilərə status verilməsi, erməni məktəblərinin mühafizəsi, bölgədə əkinə yararlı ərazilərin tenderlə satılması, erməni fəallara qarşı polis təqiblərinin dayandırılması və Gürcüstana giriş üçün onların “qara siyahı”dan çıxarılması, ermənidilli tədris vasitələri və ədəbiyyatına aid əsərlərin bölgəyə girişi ilə bağlı maneənin götürülməsi üçün Gürcüstan rəhbərliyi qarşısında tələb qoyulmasını istəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR