Ermənistan prezidentinin Gürcüstana rəsmi səfəri başlayır

Ermənistan prezidentinin Gürcüstana rəsmi səfəri başlayır
# 28 noyabr 2011 10:44 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Noyabrın 29-da Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana rəsmi səfər edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze keçirdiyi ənənəvi brifinqdə bildirib ki, bu, Ermənistan prezidentinin Gürcüstana ikinci səfəridir: “Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Bir çox aktual məsələlərin müzakirəsi planlaşdırılıb. Səfər zamanı sərhəd əməkdaşlığı, standartlaşma və idman sahəsinə aid bir neçə saziş imzalanacaq. İki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq barədə protokol imzalanması da planlaşdırılıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR