Böyük Britaniya XİN: İranın addımı bu ölkə üçün yaxşı nəticələnməyəcək

Böyük Britaniya XİN: İranın addımı bu ölkə üçün yaxşı nəticələnməyəcək
# 28 noyabr 2011 12:18 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Böyük Britaniya Xarici İşlər Nazirliyi İran İslami Şura Məclisinin (parlament) bütün sahələrdə bu ölkə ilə əlaqələrin məhdudlaşdırılması haqda qanun layihəsi qəbul etməsinə reaksiya verib. APA-nın məlumatına görə, Böyük Britaniya Xarici İşlər Nazirliyi belə bir qanun layihəsinin qəbulundan təəssüfləndiyini bildirib. Eyni zamanda Böyük Britaniya səfirinin İrandan çıxarılmasının rəsmi Tehran üçün yaxşı nəticələnməyəcəyi qeyd olunub.

Böyük Britaniya xarici siyasət idarəsindən bildirilib ki, İran yürütdüyü siyasət nəticəsində özünü dünyadan təcrid edib: “Bu ölkə nüvə proqramı ilə bağlı dünyaya düzgün məlumat vermir. İranda insan haqlarının vəziyyəti də pisdir. Bu cür addımlar ölkənin böhrandan çıxmasına yardım göstərməyəcək”.

Böyük Britaniya hökuməti İranın belə bir addım atacağı təqdirdə müttəfiqləri ilə birlikdə bu ölkəyə qarşı daha ağır sanksiyalar tətbiq edəcəyini də açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR