Rəcəb Tayyib Ərdoğan əməliyyat olunub

Rəcəb Tayyib Ərdoğan əməliyyat olunub
# 28 noyabr 2011 15:05 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə xəbər əvvəlcə Türkiyənin internet saytlarında yayılıb. Xəbərlərə əsasən R. T. Ərdoğan ötən həftə sonu bağırsaq şikayəti ilə İstanbuldakı Mərmərə Universitetinin xəstəxanasına aparılıb və əməliyyat olunub. Onun bu axşam xəstəxanadan evə buraxılacağı bildirilir.

İnternetdə yayılan xəbərlərdən sonra R. T. Ərdoğanın “Twitter” səhifəsində qısa açıqlama verilib: “Baş nazirimiz Mərmərə Universiteti Xəstəxanasında bağırsaq problemi ilə bağlı kiçik bir əməliyyata məruz qalıb, səhhəti yaxşıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR