Böyük Britaniya hökuməti İranın Londondakı səfirliyinin əməkdaşlarından dərhal ölkəni tərk etmələrini tələb edib

Böyük Britaniya hökuməti İranın Londondakı səfirliyinin əməkdaşlarından dərhal ölkəni tərk etmələrini tələb edib
# 30 noyabr 2011 16:37 (UTC +04:00)
Bakı – APA. Böyük Britaniya hökuməti İranın Londondakı səfirliyinin əməkdaşlarından dərhal ölkəni tərk etmələrini tələb edib. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar bir gün əvvəl Tehrandakı Britaniya səfirliyinə hücum faktına cavabdır.

Xarici işlər naziri Uilyam Heyq (William Hague) parlamentdəki çıxışında Tehrandakı bütün ingilis diplomatları geri çağırdıqlarını, Londondakı iranlı diplomatların da ölkədən qovulacağını açıqlayıb: “İranın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilinə səfirliyin dərhal bağlanması və bütün iranlı diplomatların 48 saat ərzində İngiltərəni tərk etməsi barədə qərarımız bildirilib”.

Nazir İrandakı bütün britaniyalı diplomatların artıq bu ölkəni tərk etdiklərini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR