Fransa və Hollandiya da İrandakı səfirlərini geri çağırıblar

Fransa və Hollandiya da İrandakı səfirlərini geri çağırıblar
# 30 noyabr 2011 23:17 (UTC +04:00)
APA-nın məlumatına görə, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Bernar Valero deyib ki, ölkəsinin Tehrandakı səfirini Böyük Britaniyanın diplomatik korpusuna edilən hücumla bağlı məsləhətləşmələr aparmaq üçün geri çağırıb. Eyni zamanda Hollandiya da İranın Vyana Konvensiyasını pozması ilə bağlı bu ölkədəki səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırdığını açıqlayıb.
Xatırladaq ki, noyabrın 29-da Tehranda Böyük Britaniya səfirliyin qarşısında aksiya keçirən tələbələr Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Aksiya iştirakçıları səfirlik binasından asılmış Britaniya bayrağını endirərək onun yerinə İran bayrağı asıblar, Britaniya və İsrail bayraqları yandırılıb. Eyni zamanda etirazçılar içəri daxil olaraq səfirliyə məxsus bəzi məxfi sənədləri oğurlayıb, bəzilərini məhv ediblər. İran polisi səfirliyə hücum zamanı girov götürülmüş altı britaniyalı diplomatı azad edib.
Noyabrın 30-da Böyük Britaniya hökuməti İranın Londondakı səfirliyinin əməkdaşlarından dərhal ölkəni tərk etmələrini tələb edib.
Britaniya Xarici işlər naziri Uilyam Heyq bildirib ki, iranlı diplomatların 48 saat ərzində İngiltərəni tərk etməlidirlər.
Nazir İrandakı bütün britaniyalı diplomatların artıq bu ölkəni tərk etdiklərini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR