İtaliya İrandakı səfirini geri çağırıb

İtaliya İrandakı səfirini geri çağırıb
# 01 dekabr 2011 23:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın İtaliyadakı səfiri Mehdi Akoçkiyan bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın məlumatına görə, İran səfirinə Böyük Britaniyanın bu ölkədəki diplomatik korpusuna hücum ilə bağlı etiraz bildirilib. Eyni zamanda İtaliya hökumətinin bu hadisəni kəskin şəkildə pislədiyi iranlı diplomatın diqqətinə çatdırılıb və rəsmi Tehrandan bu ölkədəki italyan diplomatların təhlükəsizliyinin təmin edilməsi tələb olunub.
İtaliya xarici işlər naziri Culio Tertsi isə jurnalistlərə açıqlamasında İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq barədə qərar qəbul etdiklərini bildirib. Onun sözlərinə görə, İtaliya hökuməti Böyük Britaniya səfirliyinə hücumdan sonra İran və beynəlxalq ictimaiyyət arasında gərginlik artdığından bununla əlaqədar bu ölkədə olan vətəndaşlarına da ayıq-sayıqlığı artırmağı tövsiyə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR