Sarkozi: «Şengen sazişinə yenidən baxmaq lazımdır»

Sarkozi: «Şengen sazişinə yenidən baxmaq lazımdır»
# 02 dekabr 2011 02:51 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Nikolya Sarkozi xarici sərhədlərə daha yaxşı nəzarət etmək üçün Şengen sazişinə yenidən baxmağın vacib olduğunu bildirib.

«Avropa daxildə sərbəst hərəkət etmə prinsipini tətbiq edir və xarici sərhədlərinə nəzarət etmir. Bu hal artıq davam edə bilməz. Şengenə yenidən baxmaq və dəyişmək lazımdır», deyə Sarkozi bəyan edib.

Sarkozinin sözlərinə görə, «Avropa rəqiblərindən qarşılıq tələb etmədən öz bazarlarını açır, bizim istehsalçılara qarşı tətbiq olunan qaydaların pozulması ilə istehsal olunmuş məhsulları qəbul edir».

«Bu vəziyyətə son qoymaq lazımdır. Avropa tədricən öz kommersiya maraqlarının qorunması barədə danışıqlara başlamalıdır», deyə prezident bildirib.

Avropa Birliyinin 27 ölkəsindən 22-si Şengen sazişinin iştirakçısıdırlar. Böyük Britaniya, İrlandiya və Kipr Şengenə daxil deyillər, Rumıniya və Bolqarıstan isə yaxın vaxtlarda sazişə qoşulmaq fikrindədirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR