Beynəlxalq müşahidə missiyası: “Gürcü xalqı seçki məntəqələrində öz fikrini azad şəkildə ifadə edib”

Beynəlxalq müşahidə missiyası: “Gürcü xalqı seçki məntəqələrində öz fikrini azad şəkildə ifadə edib”
# 02 oktyabr 2012 13:20 (UTC +04:00)
Bununla belə, bir sıra əsas məsələlər həll olunmamış qalıb”. APA-nın xəbərinə görə, bu barədə ATƏT DTİHB, AŞPA və NATO PA-nın müşahidəçilərinin Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı yaydığı birgə bəyanatda bildirilir.

Qeyd olunur ki, seçkilər rəqabət şəraitində, vətəndaşların fəal iştirakı ilə keçib. Bununla belə, seçki kampaniyası mühiti gərgin olub, bəzən zorakılıq halları qeydə alınıb.

Ümumilikdə toplaşma və fikir azadlığına riayət olunub: “Amma partiyaların fəallarının və tərəfdarlarının təqib olunması halları da baş verib ki, seçki kampaniyası və etimad mühitinə mənfi təsir edib”.

Müşahidəçilər seçki prosesinin şəffaf olduğunu da vurğulayıblar. “Sərt tənqid və çatışmazlıqlarla müşahidə olunan həddən artıq qütbləşmiş kampaniyaya baxmayaraq, gürcü xalqı seçki məntəqələrində öz fikrini azad şəkildə ifadə edib” – deyə ATƏT-in qısamüddətli müşahidə missiyasının təmsilçisi Tonino Pitsuloy bildirib. Onun sözlərinə görə, proses əsas azadlıqlara sağlam münasibəti ortaya qoyub: “Gözləyirik ki, səslərin yekun sayılması seçicilərin həqiqi seçimini ortaya qoyacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR