Turqut Özalın nəşi məhkəmə tibb ekspertizasına verilib

Turqut Özalın nəşi məhkəmə tibb ekspertizasına verilib
# 02 oktyabr 2012 16:04 (UTC +04:00)
Bakı – APA. Türkiyənin mərhum prezidenti Turqut Özalın məzarı eksqumasiya edilib. APA-nın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə jurnalistlərə İstanbul Cümhuriyyət baş prokuroru Turan Çolakkadı açıqlama verib.

Onun sözlərinə görə, Türkiyənin 8-ci prezidentinin nəşi Ədli Tibb Qurumuna (məhkəmə tibb ekspertizasına) göndərilib. Burada cəsədin qalıqlarının saxlanıldığı otağa yalnız 5 nəfər daxil ola biləcək. Xüsusi nümunələr götürüldükdən sonra T.Özalın nəşi cümə və ya şənbə günü ailəsinə təslim ediləcək. Araşdırmaların nəticələri iki aydan tez açıqlanmayacaq.

Qeyd edək ki, T.Özalın öldürülməsi iddialarının ortaya çıxmasından sonra Türkiyənin hüquq-mühafizə orqanları ölümün dəqiq səbəblərini müəyyənləşdirmək üçün son varianta əl atıb. Məzarın ətrafı qəbirdə aparılacaq işlərin kənardan görülməməsi üçün bir neçə gün əvvəldən dəmir lövhələrlə bağlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR