Türkiyəli nazir: “Turqut Özalın nəşinin əhəmiyyətli hissəsi çürüməyib”

Türkiyəli nazir: “Turqut Özalın nəşinin əhəmiyyətli hissəsi çürüməyib”
# 03 oktyabr 2012 07:55 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, nazir sabiq prezidentin nəşinin məhkəmə tibbi ekspertizası üçün əlverişli vəziyyətdə olduğunu bildirib.

Onun sözlərinə görə, məzarın eksqumasiya olunmasına qərar verilərkən bir çoxları bunun araşdırma üçün faydalı olmayacağını açıqlayıb: “Onlar Özalın vəfatından 20 il qədər zaman keçməsinə əsaslanırdılar. Amma məhkəmə-tibb ekspertləri bu düşüncələrin əksinə olaraq, ekspertiza üçün çox önəmli olan məlumatlar əldə etdilər. Çünki nəşin əhəmiyyətli bir hissəsi çürüməyib, salamat qalıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR