Hillari Klinton parlament seçkiləri münasibətilə Gürcüstan vətəndaşlarını təbrik edib

Hillari Klinton parlament seçkiləri münasibətilə Gürcüstan vətəndaşlarını təbrik edib
# 03 oktyabr 2012 08:17 (UTC +04:00)
APA-nın məlumatına görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Gürcüstanda keçirilmiş parlament seçkilərini belə şərh edib.

O qeyd edib ki, ABŞ ATƏT-in insan haqları və diplomatik institutların ofisinin müşahidə missiyasını, həmçinin bu qurumun “gürcü xalqı öz fikrini sərbəst ifadə edə bilər” rəyini dəstəkləyir: “Biz hakimiyyəti səslərin hesablanmasını şəffaf və qanunauyğun şəkildə başa çatdırmasını arzulayırıq. Artıq gürcü xalqı öz iradəsini ortaya qoyub, ABŞ ölkədə demokratiya və iqtisadiyyatın inkişafını daha da irəli aparmaq üçün Gürcüstanın yeni parlamentində bütün tərəflərin birgə işləmək niyyətini dəstəkləyir. Biz şəffaf qarşılıqlı münasibətlər və gürcü xalqı üçün daha parlaq gələcək naminə Gürcüstanın yeni parlamenti, həmçinin hökuməti və prezidenti ilə əməkdaşlıq arzulayırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR