Suriyadan atılan top mərmisi Türkiyə ərazisinə düşüb, 5 nəfər ölüb

Suriyadan atılan top mərmisi Türkiyə ərazisinə düşüb, 5 nəfər ölüb
# 03 oktyabr 2012 16:46 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlər və yaralananlar var. Əvvəlcə 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı xəbəri yayılıb. Lakin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Xəlil Özcan 5 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını açıqlayıb. O bildirib ki, ölənlərdən 4-ü uşaq, 1-i qadındır. Yaralılar xəstəxanalara çatdırılıb. Yerli hakimiyyət orqanları Akçakale sakinlərini sərhəd zonasından uzaqlaşmağa çağırıb.

Qeyd edək ki, Suriyanın Türkiyə ilə həmsərhəd rayonlarında ordu ilə silahlı müxalifət qrupları arasında döyüşlər gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR