NATO Suriyanı Türkiyəyə qarşı aqressiv hərəkətlərə son qoymağa çağırıb

NATO Suriyanı Türkiyəyə qarşı aqressiv hərəkətlərə son qoymağa çağırıb
# 04 oktyabr 2012 01:09 (UTC +04:00)
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, NATO-ya 25 üzv dövlətinin səfirləri səviyyəsində keçirilən görüşdə qəbul olunan bəyanatda deyilir ki, Suriya beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Şimalı Atlantika Alyansının təhlükəsizliyini zərbə altına qoyur. NATO Suriya hökumətini Türkiyəyə qarşı aqressiv hərəkətlərə son qoymağa çağırıb. Bəyanatda deyilir ki, NATO dövlətləri Türkiyəyə öz təhlükəsizliyinin təmin etməsi istiqamətində tam dəstək verəcəklər.
Bildirilir ki, Türkiyə alyansın 5-ci maddəsinə uyğun olaraq NATO-ya hərbi dəstəklə bağlı müraciət etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR