Ərdoğan: «Türkiyənin Suriya ilə müharibəyə başlamaq məqsədi yoxdur»

Ərdoğan: «Türkiyənin Suriya ilə müharibəyə başlamaq məqsədi yoxdur»
# 04 oktyabr 2012 23:07 (UTC +04:00)
Bakı-APA. «Türkiyənin Suriya ilə müharibəyə başlamaq planları yoxdur». Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir bəyanatla çıxış edib.

«Bizim müharibəyə başlamaq məqsədimiz yoxdur. Lakin qoy heç kəs səbrimizi sınağa çəkməsin», deyə o bildirib.

Xatırladaq ki, dünən parlament Türkiyə hökumətinə bir il ərzində ölkə xaricində hərbi əməliyyat keçirmək üçün icazə verib.

Oktyabrın 3-də Suriya ərazisindən atılmış top mərmisi Türkiyənin Akcakale mahalında partlayıb. Nəticədə 5 nəfər ölüb, 11 nəfər yaralanıb. Türkiyə tərəfi atəşin açıldığı yerə cavab zərbələri endirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR