Gürcüstanda prezident Mixail Saakaşvilinin partiyası ilə “Gürcü Arzusu” arasında məsləhətləşmələr başlayır

Gürcüstanda prezident Mixail Saakaşvilinin partiyası ilə “Gürcü Arzusu” arasında məsləhətləşmələr başlayır
# 05 oktyabr 2012 11:13 (UTC +04:00)
Bakı – APA. Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn “Gürcü Arzusu” koalisiyası ilə prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası arasında məsləhətləşmələr başlayır. APA-nın Gürcüstan saytlarına istinadən verdiyi xəbərə görə, hər iki siyasi qüvvənin yaratdığı işçi qrupları bu gün Dövlət Dəftərxanasının binasında bir araya gələcək.

Vahid Milli Hərəkatın işçi qrupuna səlahiyyət müddəti başa çatan parlamentin sədri David Bakradze, Tilfis meri Georgi Uqulava, Milli Təhlükəsizlik Şurasının sədri Georgi Bokeriya və deputat Pavle Kublaşvili daxildir. “Gürcü Arzusu”nun işçi qrupunda isə “Bizim Gürcüstan-Azad Demokratlar” Partiyasının lideri İrakli Alasaniya, Respublika Partiyasının sədri David Usupaşvili və koalisiyanın liderlərindən biri İrakli Qaribaşvili təmsil olunur.

Danışıqlarda hakimiyyətin seçkidə qələbə qazanmış siyasi qüvvəyə ötürülməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR