Bidzina İvanişvili yeni hökumətin tərkibini oktyabrın 8-də açıqlayacaq

Bidzina İvanişvili yeni hökumətin tərkibini oktyabrın 8-də açıqlayacaq
# 05 oktyabr 2012 14:36 (UTC +04:00)
APA-nın “İnterpressnews”a istinadən verdiyi məlumata görə, bunu koalisiyanın lideri, baş nazir kreslosuna oturmağa hazırlaşan Bidzina İvanişvili deyib. O, yeni hökumətin tərkibini əvvəlcə öz silahdaşları ilə müzakirə edəcəyini söyləyib: “Şənbə və bazar günləri mən öz komandamı Nazirlər Kabinetinin yeni tərkibinin layihəsi ilə tanış edəcəyəm. Ola bilər ki, siyahıya dəyişiklik edilsin, çünki mən qərarları təkbaşına vermirəm. Bazar ertəsi yeni hökumətin tərkibini açıqlayacağam”.

B. İvanişvili indiki nazirlərin hamısının və onların müavinlərinin bir qisminin dəyişdiriləcəyini söyləyib: “Müavinlərdən ola bilər ki, çoxu qalsın, xüsusi bir səbəb olmadan aşağı heyəti dəyişməyi düşünmürəm. Dövlət məmurlarının hamısı öz postunu saxlayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR