Türkiyə prezidentinin maaşı 11 faiz artırılıb

Bakı-APA. Türkiyə prezidenti Abdullah Gülün maaşı 11 faiz artırılıb. APA-nın məlumatına görə, artım yanvar ayından hesablanacaq. Hazırda 33,500 lirə aylıq maaş alan (18715 dollar) prezidentin maaşı gələn ildən 37250 lirə (20810 dollar) təşkil edəcək. 2013-cü ilin büdcəsinə əsasən, Prezident Aparatının saxlanmasına 157,6 milyon lirə (88 044 692 dollar) sərf olunacaq. Bundan başqa Milli İstikbarat Təşkilatının (MİT) illik büdcəsi 32,5 faiz artırılıb. MİT-in fəaliyyətinin təmin edilməsi üçün gələn il 996 milyon lirə sərf olunacaq ki, bu da təxminən 556 milyon dollara yaxındır.
Avropa

Türkiyədə Prezident seçkilərinin vaxtı açıqlanıb

Ukrayna ordusu 70-dən çox Rusiya əsgərini öldürüb, silah-sursat anbarını məhv edib

Britaniya Ukrayna, Suriya və Şərqi Afrikaya 43 milyon dollar yardım ayırıb
