Avropa Birliyi Belarusa qarşı sanksiyalara qoşulan ölkələrin qərarlarını dəstəkləyir

Avropa Birliyi Belarusa qarşı sanksiyalara qoşulan ölkələrin qərarlarını dəstəkləyir
# 03 noyabr 2012 11:26 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton Xorvatiya, Makedoniya, Monteneqro, İslandiya, Serbiya, Albaniya, Lixtenşteyn və Norveçin AB-nin Belarusa qarşı sanksiyalarına qoşulması qərarlarını dəstəkləyir. «APA-Economics»in məlumatına görə, bu barədə K.Eştonun bəyanatında deyilir.

Qeyd edək ki, oktyabrın 15-də Avropa Birliyinə üzv olan 27 ölkənin xarici işləri nazirlərinin iclasında Belarusa qarşı sanksiyaların 2013-cü il oktyabrın 31-dək uzadılması barədə qərar qəbul olunub və bunun səbəbi kimi ölkədə insan haqları, demokratiya prinsipləri ilə bağlı vəziyyətin yaxşılaşmanın olmadığı qeyd edilib.

Avropa Birliyinin xarici işləri nazirləri Belarus hakimiyyətini bütün siyasi məhbusları azadlığa buraxmağa çağırıb. Bununla yanaşı AB-nin Xarici işlər üzrə Şurası bəyan edib ki, Belarus vətəndaşlarının və vətəndaş cəmiyyətinin nümayəndələrinin dəstəklənməsi gücləndiriləcək.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko bir müddət əvvəl ölkəyə göstərilən təzyiqin mənasız olduğunu bəyan edib və rəsmi Minskin bu il bir sıra Belarus məmurlarına qarşı sanksiyaları genişləndirən Avropa Birliyinə ciddi tərəfdaş və qonşu kimi etimadını bərpa edəcəyinə ümid bəsləyr.

Belarusla Avropa arasında münasibətlər bu ilin fevralayının sonunda kəskinləşib. Həmin vaxt Avropa Birliyi Belarusda insan haqlarının pozulduğunu bəyan edərək ölkəyə qarşı sanksiyaları genişləndirib.
Bundan sonra sanksiyalar və sanksiyaları tətbiq edilən şirkət və şəxslərin siyahısı yenidən genişləndirilib. Avqust ayında İsveç səfiri Belarusdan çıxarılıb. İsveçin xarici işlər nazirinin sözlərinə görə, «o, insan haqlarının müdafiəsi ilə bağlı həddindən artıq fəal çıxış edirdi».

Bundan əlavə Avropa Birliyi bu yaxınlarda Belarusda keçirilən parlament seçkiləri də ciddi tənqid edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR