NATO-nun baş katibi Ukraynada seçkilərdən sonra yaranmış vəziyyətdən narahat olduğunu bəyan edib

NATO-nun baş katibi Ukraynada seçkilərdən sonra yaranmış vəziyyətdən narahat olduğunu bəyan edib
# 05 noyabr 2012 16:06 (UTC +04:00)
Bakı – APA. NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynada seçkilərdən sonra yaranmış vəziyyətdən çox narahat olduğunu bəyan edib. APA-nın “UNİAN”a istinadən yaydığı xəbərə görə, A. F. Rasmussen Brüsseldə verdiyi açıqlamada beynəlxalq müşahidəçilərin rəyinə əsasən bildirib ki, bir həftə əvvəl keçirilmiş parlament seçkiləri Ukrayna demokratiyası baxımından geriyə atılmış addım olub. O qeyd edib ki, ATƏT müşahidəçiləri seçki kampaniyası zamanı namizədlər üçün qeyri-bərabər şərait yaradıldığını söyləyiblər.

Baş katibin sözlərinə görə, siyasi motivli məhkəmə prosesləri bəzi müxalifət liderlərinin seçkidə iştirakını əngəlləyib. Demokratik və stabil Ukraynanın avroratlantik təhlükəsizlik baxımından vacibliyini vurğulayan Rasmussen, lazımi islahatların keçirilməsi üçün Ukraynaya kömək etməyə hazır olduqlarını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR