Daşqınlar Sloveniyada həyatı iflic edib

Daşqınlar Sloveniyada həyatı iflic edib
# 05 noyabr 2012 20:59 (UTC +04:00)
Bakı-APA. Sloveniyada son günlər yağan şiddətli yağışlar və onun yaratdığı daşqın və sürüşmələr ölkənin bir çox rayonlarını iflic vəziyyətinə salıb.

Qorensk, Orta Sloveniya, Podravska rayonlarının, həmçinin Adriatik dənizinin sahillərindəki ərazilərin suyun altında qalma təhlükəsi var. Məlumatlara əsasən Sava, Drava, Soça, Savinya və başqa çayların səviyyəsi artıb.

Velenye şəhərində 400 ev suyun altında qalıb. Bu şəhər ölkənin digər hissələrindən praktiki olaraq təcrid olunub.

Ölkənin əksər yolları yararsız vəziyyətə düşüb. Bir sıra məktəblərdə dərslər təxirə salınıb. Minlərlə insan elektrik enerjisiz qalıb.

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ordu cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR