İvanişvili Tiflis merini hökumətin iclasına buraxmayıb

İvanişvili Tiflis merini hökumətin iclasına buraxmayıb
# 09 noyabr 2012 10:45 (UTC +04:00)
Bakı – APA. Gürcüstan paytaxtının meri Giqi Uqulava hökumətin iclasına buraxılmayıb. APA-nın “İnterpressnews”a istinadən verdiyi məlumata görə, G. Uqulava bildirib ki, şəhərdə həyata keçirilən sosial proqramlarla bağlı ortaya çıxan problemləri operativ şəkildə həll etmək üçünü hökumət dəftərxanasına gedib, lakin baş nazir bu məsələni nəzərdən keçirmək istəməyib: “Əvəzində mən subordinasiya məsələləri ilə bağlı öyüd-nəsihət aldım. Sən demə, mənim hökumət iclaslarında iştirak hüququm yox imiş, bunu mənə üçüncü şəxs vasitəsilə bildirdilər. Heç Şevardnadzenin vaxtında da belə bir şey olmayıb”.

Xatırladaq ki, G. Uqulava keçmiş hakim partiya – Vahid Milli Hərəkatın üzvüdür və prezident Mixail Saakaşviliyə yaxın şəxslərdən giridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR