Gürcüstanın ABŞ-dakı səfiri istefa verib

Bakı – APA. Gürcüstanın ABŞ-dakı səfiri Temur Yakobaşvili öz missiyasını bitmiş sayıb. APA-nın xəbərinə görə, səfir bu qərarını öz “Facebook” səhifəsində açıqlayıb. O, qərarı haqda xarici işlər nazirini məlumatlandırdığını söyləyib: “Hər kəs xarici siyasətimizin Amerika istiqamətindəki nailiyyətlərdən çox yaxşı xəbərdardır və bu barədə danışıb sizləri yormaq istəmirəm. Gürcüstan prezidentinə mənə ölkəmin mənafeyi naminə çalışmaq üçün unikal imkan yaratdığı üçün xüsusi minnətdarlıq edirəm”.
İstefaya münasibət bildirən Gürcüstanın xarici işlər naziri Maya Pancikidze deyib ki, hazırda səfir vəzifəsinə bir neçə nəfərin namizədliyi nəzərdən keçirilir. O, yaxın günlərdə daha bir neçə səfirin istefaya göndəriləcəyini bəyan edib.

Avropa

Ukrayna və Belarus DİN-ləri əməkdaşlıq haqqında müqaviləni ləğv edib

Krımda hərbi aerodromda partlayışlar olub - YENİLƏNİB - VİDEO

Türkiyə Ukraynaya 50 ədəd "Kirpi" zirehli transportyoru verib