Əlcəzairin hərbi təyyarəsi Fransada qəzaya uğrayıb

Əlcəzairin hərbi təyyarəsi Fransada qəzaya uğrayıb
# 09 noyabr 2012 19:47 (UTC +04:00)
Bakı-APA. Fransanın cənubundakı Lozer departamentində Əlcəzairə məxsus hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Bu barədə APA Agence France-Presse-ə istinadən məlumat verir.

Məlumata görə, qəza Sen-Jelmen-dü-Tey rayonunda axşam saatlarında baş verib. Parisdən havaya qalxan təyyarə Əlcəzairə uçurmuş.

Ölən və yaralananlar barədə məlumat verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR