Əlcəzairin Fransada qəzaya uğramış təyyarəsinin yerində 4 cəsəd tapılıb

Əlcəzairin Fransada qəzaya uğramış təyyarəsinin yerində 4 cəsəd tapılıb
# 10 noyabr 2012 02:56 (UTC +04:00)
Bakı-APA. Əlcəzairin Fransada qəzaya uğramış hərbi-sənaye təyyarəsinin yerində 4 cəsəd aşkar edilib. Frans Press-in məlumatına görə, qəza anında təyyarədə 6 nəfər olub: 5 hərbçi və 1 mülki şəxs.

Təyyarə Əlcəzairə əsginas hazırlamaq üçün kağız aparırmış.

Fransanın cənubundakı Lozer departamentində Əlcəzairə məxsus hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Məlumata görə, qəza Sen-Jelmen-dü-Tey rayonunda axşam saatlarında baş verib. Parisdən havaya qalxan təyyarə Əlcəzairə uçurmuş.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR