80 il əvvəl Egey dənizində batan İtaliyanın sualtı qayığı tapılıb

80 il əvvəl Egey dənizində batan İtaliyanın sualtı qayığı tapılıb
# 02 yanvar 2022 04:11 (UTC +04:00)

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl batan İtaliyaya məxsus “Jantina” sualtı qayığını tapıblar.

APA xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb.

5 iyul 1941-ci ildə “Jantina” sualtı qayığı göyərtəsində 48 dənizçi ilə Yunanıstanın Leros adasını tərk etdikdən sonar Britaniyanın “HMS Torbey” sualtı qayığından buraxılan torpedo ilə batırılıb.

“Jantina” Mikonos adasının cənubunda 103 metr dərinliyində aşkarlanıb. Sualtı qayıq İtaliyanın Dəniz Tarixi İdarəsinin qeydlərindən istifadə edilməklə müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR