ABŞ, Almaniya və İngiltərənin xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Suriya mövzusunda danışacaq

ABŞ, Almaniya və İngiltərənin xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Suriya mövzusunda danışacaq
  • Clock-gray 21:00
  • calendar-gray 09 Oktyabr 2019

“Əməliyyatlarımız beynəlxalq hüquqa uyğundur. “Zeytun budağı”, “Fərat əməliyyatları” hərəkatında olduğu kimi, “Barış bulağı” hərəkatında da BMT-nin baş katibliyinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin Suriya üzrə özəl təmsilçisinə, NATO baş katibliyinə, Türkiyədəki bütün diplomatik nümayəndəliklərə məlumat verdik”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə,Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Əlcəzair hava limanında jurnalistlərin suallarını cavablandırarkən bu fikirləri bildirib. 

Nazir deyib ki, “Barış bulağı” ilə bağlı Suriya rejiminin İstanbuldakı baş konsulluğuna da nota verilib. Mövlud Çavuşoğlu mövzu ilə əlaqədar İran və Rusiyanın xarici işlər nazirləri ilə görüşdüyünü, bu axşam isə ABŞ və Almaniya xarici işlər naziri, sabah isə İngiltərəinin xarici işlər naziri ilə telefon söhbəti olacağını bildirib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date