ABŞ Avropada hərbi mövcudluğunu gücləndirəcək

Co Bayden, Yens Stoltenberq

© APA | Co Bayden, Yens Stoltenberq

# 29 iyun 2022 12:57 (UTC +04:00)

NATO hər sahədə - quruda, havada və dənizdə gücləndiriləcək.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Madriddə keçirilən NATO Sammiti çərçivəsində Alyansın Baş katibi Yens Stoltenberqlə görüşündə deyib.

O, ABŞ-ın Avropadakı NATO qüvvələrini gücləndirdiyini elan edərək, ittifaqın bu gün heç vaxt olmadığı qədər buna ehtiyac duyduğunu bildirib.

Bayden qeyd edib ki, ABŞ NATO çərçivəsində Avropadakı hərbi mövcudluğunu artıracaq. O, hələ fevral ayında Alyansın şərq cinahına əlavə 20 min qüvvənin göndəriləcəyini xatırladıb və Polşada ABŞ ordusunun 5-ci korpusunun daimi qərargahının tikiləcəyini açıqlayıb.

“Putin Avropanın “finlandiyalaşdırılma”sını istəyirdi və nəticədə “NATO-laşma”sını əldə etdi. NATO müqaviləsinin 5-ci maddəsi pozulmazdır və biz NATO ərazisinin hər santimetrini belə müdafiə etməyə hazır olduğumuz bir daha təsdiqləyirik”, - Bayden əlavə edib.

ABŞ Prezidenti vurğulayıb ki, onun ölkəsi Almaniya və İtaliyada da havadan müdafiə qabiliyyətini gücləndirəcək.

Bayden Britaniyaya da iki F-35 təyyarəsinin göndəriləcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR