ABŞ Belarusa qarşı sanksiyaları müvəqqəti ləğv edə bilər

ABŞ Belarusa qarşı sanksiyaları müvəqqəti ləğv edə bilər
# 20 may 2022 08:43 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlar Klaypeda limanından Ukrayna taxılının tranziti ni həyata keçirmək istəyir .Bunun müqabilində Belarusa qarşı sanksiyaların ləğvini nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Qadağanın aradan qaldırılması xüsusən də kalium sənayesinə qarşı sanksiyaların altı aylıq ləğvini nəzərdən tutur.

Qeyd olunub ki, ABŞ rəsmiləri və BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna taxılının ixracı üçün mümkün marşrutu araşdırır.

Daha əvvəl bildirilmişdi ki, Belarusun ABŞ və Aİ-nin sanksiyalarından itkiləri 18 milyard dollardan çox olub.

2022-ci ildə tətbiq edilən sanksiyalara görə Belarusun demək olar ki, bütün Avropa İttifaqı və Şimali Amerika ölkələrinə ixracı bloklanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR