ABŞ beyin mərkəzi: Rusiya Ukraynanın şərqində önəmli irəliləyiş əldə etməyib

ABŞ beyin mərkəzi: Rusiya Ukraynanın şərqində önəmli irəliləyiş əldə etməyib
# 21 aprel 2022 11:05 (UTC +04:00)

Rusiya Ukraynanın şərqində hər hansı önəmli irəliləyiş əldə etməyib.

APA BBC-yə istinadən xəbər verir ki, bu, ABŞ-ın müdafiə üzrə əsas beyin mərkəzi sayılan “Müharibə Elmləri İnstitu”nun (Institute for the Study of War) məlumatında qeyd olunub.

Bildirilib ki, Moskva cəbhənin önəmli şəhərləri olan Rubejnaya və Popasnayanın bəzi hissələrini ələ keçirərək bəzi kiçik nailiyyətlər əldə edib: “Lakin Rusiya qüvvələri hər hansı bir önəmli irəliləyişə nail ola bilməyiblər. Nə də ki, çoxsaylı, uğurlu, eynivaxtlı hücumlar həyata keçirmək üçün hər hansı yeni imkanlar nümayiş etdirməyiblər”.

Əlavə edilib ki, Rusiya 9 May - Qələbə Günü münasibəti ilə Mariupolda parad keçirəcəyini bəyan edib və bu, Rusiya qüvvələrinin həmin tarixədək şəhərdə qələbə elan edəcəyini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR