ABŞ-dan Ukraynaya daha 4 HIMARS sistemi çatdırılıb

ABŞ-dan Ukraynaya daha 4 HIMARS sistemi çatdırılıb
# 01 avqust 2022 17:57 (UTC +04:00)

ABŞ-ın göndərdiyi əlavə 4 ədəd HIMARS reaktiv yaylım atəşi sistemi Ukraynaya çatdırılıb.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Twitter" hesabındakı paylaşımında bildirib.

O, ABŞ Prezidenti Co Baydenə, Pentaqon rəhbəri Lloyd Ostinə və Amerika xalqına Ukraynanın müdafiə qabiliyyətini dəstəklədiklərinə görə təşəkkür edib.

"Biz sübut etdik ki, bu silahları idarə edə bilərik",- Reznikov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR