ABŞ dövlət katibi Berlinə səfər edib

ABŞ dövlət katibi Berlinə səfər edib
# 20 yanvar 2022 13:27 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Berlinə gedib.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays "Twitter"də bildirib.

"Dövlət katibi Rusiyanın gərginliyi azaltmaq üçün hərəkətə keçməyəcəyi halda bu ölkə üçün nəticələri müzakirə etmək üçün Avropadakı müttəfiqləri ilə görüşəcək. Biz Ukraynaya dəstək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızın yayındayıq", Ned Prays qeyd edib.

E. Blinken Berlində Almaniya, Fransa və Böyük Britaniya nümayəndələri ilə danışıqlar aparacaq.

Qeyd edək ki, E. Blinken sabah Berlindən Cenevrəyə yola düşəcək və burada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR