ABŞ Dövlət katibi Kiyevdədir

ABŞ Dövlət katibi Kiyevdədir
# 19 yanvar 2022 11:05 (UTC +04:00)

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya gəlib.

APA-nın UNIAN-a istinadən verdiyi xəbərə görə, onun təyyarəsi artıq Kiyevin Borispol hava limanına enib.

ABŞ Dövlət katibi səfəri çərçivəsində bu gün Ukrayna Prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşlər keçirəcək.

Entoni Blinken görüşün yekunlarına dair ukraynalı həmkarı ilə mətbuat konfransı da keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR