ABŞ dövlət katibi və müdafiə naziri ilə Zelenskinin görüşü 3 saat çəkib

ABŞ dövlət katibi və müdafiə naziri ilə Zelenskinin görüşü 3 saat çəkib
# 25 aprel 2022 11:26 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və komandası ilə görüşü 3 saat çəkib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, Blinken görüş zamanı birgə planlarla bağlı məsələlərə və əldə edilən irəliləyişlərə fokuslanıldığını qeyd edib.
Dövlət katibi Polşa-Ukrayna sərhədi yaxınlığında jurnalistlərə açıqlamasında ABŞ nümayəndə heyətinin Kiyevə Polşanın cənub-qərbindən qatarla yola düşdüyünü qeyd edib.
Blinken Kiyevdə sadə ukraynalılarla danışmaq üçün fürsət olmadığını, lakin Kiyevin küçələrində gördüyü insanların şəhər uğrunda döyüşdə Ukraynanın qalib gəldiyini göstərdiyini deyib. O, şəhərin bəzi hissələrində normal həyatın əlamətləri olduğunu vurğulayıb.
“Amma bu Rusiya qəddarlığının hər gün insanlara dəhşətlli şeylər etdiyi Ukraynanın digər hissələrində baş verənlərin tam ziddidir”, deyə Blinken bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR