ABŞ Dövlət Katibinin müşaviri Gürcüstana səfər edəcək

Boni Cenkins

© APA | Boni Cenkins

# 04 oktyabr 2022 23:30 (UTC +04:00)

ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə müşaviri, səfir Boni Cenkins oktyabrın 5-də Gürcüstana səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, B.Cenkins oktyabrın 7-dək davam edəcək səfəri çərçivəsində Tbilisidə keçiriləcək Mərkəzi Asiya və Qafqaz üzrə Biotəhlükəsizlik Assosiasiyasının konfransında iştirak edəcək və COVID-19 ilə bağlı çıxış edəcək. Boni Cenkinsin eyni zamanda ikitərəfli görüşlər keçirəcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR