ABŞ hərbçiləri Almaniyada yol qəzasına düşüb

ABŞ hərbçiləri Almaniyada yol qəzasına düşüb
# 20 dekabr 2021 17:11 (UTC +04:00)

ABŞ hərbçiləri Almaniyada yol qəzasına düşüb.

APA-nın “Bayerischer Rundfunk” radiosuna istinadən verdiyi xəbərə görə, qəza Passau-Nürnberg yolunda, Pasberq şəhəri yaxınlığında baş verib.

Polisin məlumatına görə, yarımqoşqulu yük maşını yol kənarında dayanmış ABŞ hərbi konvoyu ilə toqquşub. İlkin məlumata görə, qəzada 4 avtomobilə ziyan dəyib, onlardan ikisi yanıb.

8 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Magistral yol hər iki istiqamətdən bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR