ABŞ istehsalı olan “Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb.
APA xəbər verir ki, bu barədə “The New York Times” iki amerikalı rəsmiyə istinadən bildirib.
Bildirilib ki, yaxın aylarda digər tanklar da Ukraynaya təhvil veriləcək.
Xatırladaq ki, 21 sentyabrda ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar zamanı “Abrams” tanklarının bu həftə Ukraynaya çatdırılacağını açıqlamışdı.