ABŞ-ın NATO-dakı Nümayəndəliyinin rəhbəri: Türkiyə vacib mütəffiqimizdir

ABŞ-ın NATO-dakı Nümayəndəliyinin rəhbəri: Türkiyə vacib mütəffiqimizdir
# 28 noyabr 2022 18:11 (UTC +04:00)

"Türkiyə NATO-nun vacib müttəfiqidir".

APA xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı Nümayəndəliyinin rəhbəri, səfir Culianna Smit xarici jurnalistlər üçün keçirilən onlayn brifinqdə deyib.

ABŞ diplomatı bildirib ki, Türkiyə Ukrayna taxılının daşınması üçün "taxıl sazişi"nin əldə olunmasında önəmli rol oynayıb.

"NATO müttəfiqləri sazişin əldə olunmasında, transportda oynadığı rola görə və müharibədən əziyyət çəkən Ukrayna əhalisinə humanitar, iqtisadi yardım, həmçinin təhlükəsizlik yardımına görə Türkiyəyə təşəkkür edir. Türkiyə NATO-nun vacib üzvüdür və müttəfiqimizin müxtəlif sahələrdə Ukrayna üçün etdiklərini yüksək qiymətləndiririk", - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR