ABŞ-ın yeni səfiri Türkiyəyə gəlib

Ceff Fleyk

© APA | Ceff Fleyk

# 07 yanvar 2022 17:51 (UTC +04:00)

ABŞ-ın Türkiyədə yeni təyin olunmuş səfiri Ceff Fleyk vəzifəsinin icrasına başlamaq üçün paytaxt Ankaraya gəlib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı “Anadolu” məlumat yayıb.

Hava limanında jurnalistlərə açıqlama verən diplomat Türkiyəyə gəlməsinə görə çox xoşbəxt olduğunu bildirib. O, Türkiyə Prezidentinə etimadnaməsini təqdim etdikdən sonra isə mətbuatla daha ətraflı danışmaq imkanının olacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR