ABŞ Prezidentinin müşaviri Andrey Yermakla görüşüb

ABŞ Prezidentinin müşaviri Andrey Yermakla görüşüb
# 03 oktyabr 2022 00:40 (UTC +04:00)

ABŞ Prezidentinin milli təhlükəsizlik məslələri üzrə müşaviri Ceyk Sallivan Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.

APA xəbər verir ki, bu barədə Yermak "Twitter"də bildirib.

Türkiyədə baş tutan görüşdə ABŞ-ın Ukraynaya hərbi və maliyyə dəstəyi müzakirə olunub.

Qeyd edək ki, təhlükəsizlik məsələləri üzrə müşavir Sallivan ötən gün Türkiyəyə elan olunmamış səfər edib.

O, İstanbulda Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla görüşüb. Görüş zamanı tərəflər Ukraynadakı müharibəni və İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR