ABŞ Rusiyanı Ukrayna limanlarını minalamaqda ittiham edib

ABŞ Rusiyanı Ukrayna limanlarını minalamaqda ittiham edib
# 24 iyun 2022 23:35 (UTC +04:00)

Rusiya donanmasına Odessa və Oçakov limanlarında minalar yerləşdirilməsi barədə əmr verilib.

APA xəbərə verir ki, bu barədə “The Guardian” ABŞ kəşfiyyatının məlumatlarına istinadən məlumat yayıb.

Məqsəd Ukrayna taxılının ixracını blokadalamaqdır.

ABŞ səlahiyyətliləri həmçinin Rusiyanın Ukraynanın Nikolayvdakı ikinci ən böyük taxıl terminalına endirdiyi raket zərbələrinin vurduğu ziyanı əks etdirən peyk görüntülərini yayımlayıb.

Çərşənbə günü orada günəbaxan yağı saxlamaq üçün çənlər atəşə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR