ABŞ səfiri: Türkiyə NATO-nun əvəzolunmaz müttəfiqidir

Jeffri Fleyk

© APA | Jeffri Fleyk

# 26 yanvar 2022 23:39 (UTC +04:00)

“Türkiyə NATO-nun əvəzolunmaz müttəfiqi və daimi dəyişkənliklər baş verən bölgədə mühüm tərəfdaşdır. ABŞ və Türkiyənin qlobal sülh və təhlükəsizliyə ən ciddi təhdidlərə qarşı birgə mübarizə aparması bizim milli maraqlarımıza uyğundur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu ABŞ-ın Türkiyəyə yeni təyin olunmuş səfiri Jeffri Fleyk deyib.

O qeyd edib ki, iki ölkənin ortaq maraqları siyasət və təhlükəsizlik sahəsindən kənara çıxır: “ABŞ və Türkiyə balanslaşdırılmış ticarət, investisiya, innovasiya və əməkdaşlığa əsaslanan sıx iqtisadi tərəfdaşlıqdan faydalanır. Türkiyə bu gün 2000-ə yaxın Amerika şirkətinə ev sahibliyi edir. Türk şirkətləri ABŞ-da uğurla fəaliyyət göstərir və ABŞ 2021-ci ildə Türkiyənin ikinci ən böyük ixrac bazarına çevrilib. Mədəniyyət, elm və təhsil mübadilələri də iki ölkə xalqını birləşdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR