ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb

ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb
# 22 may 2022 17:01 (UTC +04:00)

ABŞ səfiri Ceff Fleyk Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, səbəb səfirin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldakı mitinqindən əvvəl ABŞ vətəndaşlarına etdiyi xəbərdarlıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR