ABŞ Ukraynadakı Xmelnitski AES-də iki yeni enerji bloku tikəcək

ABŞ Ukraynadakı Xmelnitski AES-də iki yeni enerji bloku tikəcək
# 21 yanvar 2023 08:42 (UTC +04:00)

2030-cu ilə qədər Ukraynanın Xmelnitski atom elektrik stansiyasında Amerika texnologiyası əsasında iki yeni enerji bloku tikiləcək.

APA-nın məlumatına görə, bunu Ukraynanın energetika naziri Herman Qaluşenko yerli televiziyaya deyib.

“Planlarımıza 2030-cu ilə qədər iki blokun tikintisi daxildir. Bir blokun tikintisinin orta dəyəri təxminən 5 milyard dollardır”, - Qaluşenko bildirib.

Onun sözlərinə görə, tikinti “Westinghouse” şirkətinin krediti və “Enerqoatom” dövlət müəssisəsinin vəsaiti hesabına aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR