ABŞ Ukraynaya əlavə 1 milyard dollar dəyərində silah göndərir - YENİLƏNİB - VİDEO

ABŞ Ukraynaya əlavə 1 milyard dollar dəyərində silah göndərir  - YENİLƏNİB  - VİDEO
# 15 iyun 2022 21:48 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.

APA UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçıları Kiyevə ayrılmış 1 milyard dollarlıq hərbi yardımı müzakirə ediblər.

“Mən prezident Zelesnkiyə məlumat verdim ki, ABŞ Donbasdakı əməliyyatlıarda zəruri olan 1 milyard dollarlıq artilleriya və qabaqcıl raket sistemləri verəcək” – deyə Bayden bildirib.

***

19.25

Bayden administrasiyası Ukraynaya əlavə 1 milyard dollar dəyərində hərbi yardım ayırır.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Prezident Administrasiyasının rəsmisi bildirib. Qeyd olunub ki, yardım paketinə əlavə haubitsalar, sursat və sahil müdafiə sistemlərinin daxil olacağı gözlənilir.

Məlumata görə, hərbi yardım paketinə daxil olan silah və sursatlar həm tezliklə göndərilməsi üçün ABŞ-ın mövcud ehtiyatlarından, həm də Ukraynaya uzunmüddətli tədarük üçün yeni kontraktlardan əldə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR