ABŞ və Britaniya Çinlə dialoqun davam etdirilməsi barədə razılığa gəlib

ABŞ və Britaniya Çinlə dialoqun davam etdirilməsi barədə razılığa gəlib
# 14 mart 2023 12:00 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden və Böyük Britaniya Baş naziri Rişi Sunak Çinlə dialoqun davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin Ofisinin görüşün yekununa dair yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, görüşdə Bayden və Sunak "Çin Kommunist Partiyasının artan inadkarlığının yaratdığı çətinlikləri müzakirə edib", Baş nazir Sunak Böyük Britaniyanın milli və iqtisadi təhlükəsizlik maraqlarını qorumaq üçün atdığı addımlar barədə ABŞ Prezidentini məlumatlandırıb:

"Liderlər Çinlə təmasın vacibliyi və dialoqu davam etdirmək zərurəti barədə razılığa gəliblər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR