Adnan Oktara 8 658 il həbs cəzası verilib - YENİLƏNİB

Adnan Oktar

© APA | Adnan Oktar

# 16 noyabr 2022 18:33 (UTC +04:00)

Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktara 8 658 il həbs cəzası verilib.

APA CNNTurkə istinadən xəbər verir ki, onunla bağlı bu gün məhkəmədə yekun qərar çıxarılıb.

Məhkəmənin hökmünə görə, Adnan Oktar müştəşəkkil cinayətkar dəstə rəhbəri kimi ümumilikdə 8 658 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, o şəxsi cinayətlərinə görə 891 il həbs cəzası alıb.

***

14:08

Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktara 891 il həbs cəzası verilib.

APA "Haberler.com"a istinadən xəbər verir ki, bir müddət əvvəl barəsindəki hökm ləğv olunan Adnan Oktarın cinayət işinə yenidən baxılıb.

Məhkəmə şəxsi cinayətlərinə görə, onu 891 il həbs cəzasına məhkum edib.

Təşkilatın lideri olduğu üçün üzvlərin törətdiyi cinayətlərə görə də məsuliyyət daşıyan Adnan Oktar haqqında qərar bütünlüklə oxunduqdan sonra dəqiqləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR