AEBA Çernobıl AES-ə 2-ci missiyanı göndərəcək

Rafael Qrossi

© APA | Rafael Qrossi

# 17 may 2022 15:17 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yaxın həftələrdə Çernobıl AES-ə 2-ci missiyanı göndərəcək.

APA xəbər verir ki, bu barədə AEBA-nın direktoru Rafael Qrossi bildirib.

O deyib ki, Ukrayna AEBA-ya yardım üçün müraciət edib: “Bu müraciəti nəzərə alaraq, mən hərtərəfli yardım proqramı hazırladım və onun detallarını Ukrayna tərəfi ilə bölüşdüm. AEBA Ukraynanın ehtiyacı olan yardımı sürətlə və effektiv şəkildə çatdırmaq iqtidarındadır”.

Onun sözlərinə görə, AEBA-nın ekspertləri radiasiyadan qorunma, tullantıların idarə olunması təhlükəsizliyi, nüvə təhlükəsizliyi və qoruyucu tədbirlər həyata keçirməklə bağlı Ukrayna tərəfinə dəstək verəcək.

“Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyi mənim əsas prioritetim olaraq qalır”, - AEBA-nın direktoru vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR